Xəbər lenti

Ekonomiks 20:41 21.07.2023

"İrşad Electronics" məhkəməlik oldu

"İrşad Electronics" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məhkəməyə müraciət edilib. 

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə 04.08.2023-cü ildə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->