Xəbər lenti

İdman 21:29 17.02.2024

İspaniya mətbuatı: "Mbappe "Real"da Fransadakı qədər qazana bilməyəcək"

PSJ-dən ayrılacağı və "Real"la müqavilə bağlayacağı gözlənilən Kilyan Mbappenin İspaniyada nə qədər qazanacağı maraqlıdır.

Qaynarinfo-nun məlumatına görə, "El Chiringuito" fransız futbolçunun İspaniyada nə qədər qazanacağını yazıb. 

Artıq PSJ-dən ayrılacağını klub rəhbərliyinə bildiridiyi deyilən Mbappenin "Real"da daha az qazanacağı yazılıb. "El Chiringuito"da yer alan məlumatda, "Mbappe Vinisius və Bellinqemlə eyni ödənişlə gəlməyəcək. O, həmçinin əhəmiyyətli bir bonusdan imtina edəcək və 50 milyondan az qazanacaq. Nəhayət imzalasa, Mbappe pula əhəmiyyət vermədiyini göstərmiş olacaq" - sözləri yer alıb. 

Bundan əlavə, hələ ki, hazırda heç bir anlaşmaya imza atılmadığı bildirilib. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->