Xəbər lenti

İsrailin kredit reytinqi tarixdə ilk dəfə aşağı salındı ​​
Dünya 19:00 10.02.2024

İsrailin kredit reytinqi tarixdə ilk dəfə aşağı salındı ​​

Beynəlxalq reytinq agentliyi "Moody's" HƏMAS terror qruplaşmasına qarşı müharibə fonunda İsrail tarixində ilk dəfə olaraq ölkənin kredit reytinqini aşağı salıb.

Qaynarinfo xəbər verir ki, bu barədə agentliyin press-relizində deyilir.

"Moody's" İsrail hökumətinin xarici və yerli valyutada emitent reytinqini A1-dən A2-yə endirib", deyə agentlik bildirib.

Qeyd olunur ki, "Moody's" İsrailin reytinqinin A2 səviyyəsinə endirilməsinin əsas səbəbini belə izah edib: "HƏMAS-la hazırkı hərbi münaqişə və onun nəticələri İsrail üçün siyasi riskləri əhəmiyyətli dərəcədə artırır, həmçinin onun icra və qanunvericilik institutlarını və yaxın gələcəkdə fiskal gücünü zəiflədir",

Həmçinin bildirilib ki, Qəzzada döyüşlərin intensivliyi azala və ya dayana bilsə də, hazırda hərbi əməliyyatların qəti şəkildə dayandırılması ilə bağlı heç bir razılaşma yoxdur və İsrailin təhlükəsizliyini tam bərpa edəcək və nəticədə gücləndirəcək uzunmüddətli plan haqqında razılaşma yoxdur.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->