XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İndoneziyada eyni vaxtda 6 vulkan püskürür
Dünya17:05 07.09.2026

İndoneziyada eyni vaxtda 6 vulkan püskürür

İndoneziyanın müxtəlif bölgələrində eyni vaxtda altı vulkan püskürür.

Qaynarinfo bu barədə ölkənin Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və Vulkanologiya Agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, Semeru, İbu, Anak-Krakatau, Levotobi Laki-Laki, Levotolok və Sinabunq vulkanlarında püskürmə qeydə alınıb. Onların hamısı avqustun 31-dən etibarən demək olar ki, eyni vaxtda aktivlik göstərməyə başlayıb.

İndoneziyanın Vulkanologiya və Geoloji Risklərin Azaldılması Mərkəzində (PVMBG) bildirilib ki, püskürmələr bir-biri ilə əlaqəli deyil. Buna səbəb altı vulkanın hər birinin müstəqil maqma sisteminə malik olmasıdır.

Altı vulkandan beşi üzrə mümkün dörd təhlükə səviyyəsindən üçüncüsü, Levotolok vulkanı üzrə isə ikinci təhlükə səviyyəsi elan edilib.

Bir gün əvvəl Vietnam.vn portalı Anak-Krakatau vulkanının püskürməsi nəticəsində havaya yayılan vulkan külü səbəbindən İndoneziyada altı hava limanının fəaliyyətinin dayandırıldığını bildirmişdi.

Məlumata görə, əvvəlcə hakimiyyət orqanları beş hava limanını bağlayıb. Əlavə yoxlamadan sonra Bandunq şəhərindəki Hüseyn Sastraneqara hava limanı da onların siyahısına əlavə edilib.

Bundan əvvəl epidemioloq İndoneziyada vulkanın havaya atdığı külün yaratdığı təhlükə barədə xəbərdarlıq edib.

Aydın