Dünya 10:57 07.02.2023

İsveçrə Ukraynaya görə 200 illik qanunundan əl çəkməyə yaxındır

İsveçrə çoxəsrlik neytrallıq ənənəsini pozmağa və İsveçrə istehsalı olan silahları Ukraynaya göndərməyə yaxındır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazır.

Agentliyin məlumatına görə, ölkə hökuməti tez-tez Kiyevə silah tədarükünə qadağaya son qoymağa çağırır. Parlamentin ən azı iki təhlükəsizlik komitəsi qaydaların müvafiq olaraq yumşaldılmasını tövsiyə etsə də, hələlik parlamentdə bu məsələ ilə bağlı konsensus yoxdur.

"Biz neytral olmaq istəyirik, lakin biz Qərb dünyasının bir hissəsiyik", - Kiyevə silah təhvilinin tərəfdarı olan, İsveçrənin mərkəz sağçı Azad Demokratik Partiyasının lideri Tyerri Burkarta agentliyə deyib: "Biz başqalarının Ukraynaya kömək edə bilməyəcəyinə gətirib çıxaracaq vetodan istifadə etməməliyik. Bunu etsək, o zaman Rusiyaya bu yolla kömək edəcəyik və bu, neytral mövqe deyil”.

Burkartar bu yaxınlarda İsveçrəyə öz silahlarının İsveçrə ilə eyni demokratik dəyərlərə malik ölkələrə təkrar ixracına icazə verən qanun layihəsi təklif edib.

Onun sözlərinə görə, Ukraynanı dəstəkləyən digər Avropa dövlətləri İsveçrənin mövqeyini anlamırlar. O, əlavə edib ki, ölkə Avropanın təhlükəsizliyini və sabitliyini qorumaq üçün üzərinə düşəni etməlidir.

Buna baxmayaraq, parlamentdəki bəzi partiyalar ölkənin bitərəf qalmalı olduğu nöqtəsində qətiyyətlə çıxış edirlər. Məsələn, solçu Yaşıllar Partiyası və ifrat sağçı İsveçrə Xalq Partiyasının bir hissəsi Kiyevə silah satışına qarşı çıxmaqda davam edir. Yaşıllar Partiyasından olan deputat Marionna Şlatter deyib ki, Ukraynaya silah tədarükünə icazə verilməsi "sürüşkən bir yoldur” və İsveçrənin neytrallığı ilə bir araya sığmır.

Eyni zamanda, İsveçrə vətəndaşlarının yarıdan çoxu (55%) silahların təkrar ixracına və Ukraynaya tədarükünə qoyulan qadağanın aradan qaldırılmasının tərəfdarıdır, - Reuters son sosioloji araşdırmanın məlumatlarına istinad edir. GFS-Bern sosioloji şirkətinin rəhbəri Lukas Qolder deyir ki, müharibədən əvvəl belə bir qərara dəstək səviyyəsi xeyli aşağı olardı.

"Əgər bu sualı müharibədən əvvəl versəydik, dəstəyin səviyyəsi yəqin ki, 25%-dən də az olardı. Keçmişdə neytrallığın rədd edilməsi tabu mövzusu idi”, - deyə o izah edir.

1815-ci ilə aid olan və 1907-ci il müqaviləsində təsbit edilən İsveçrə neytrallığına görə, İsveçrə müharibə aparanlara birbaşa və ya dolayı yolla silah göndərə bilməz.

Bununla belə, hökumət xarici dövlətlərin təzyiqi altındadır. Son aylarda Bern Almaniya və Danimarkanın Ukraynanı İsveçrə zirehləri və hava hücumundan müdafiə sistemləri ilə təchiz etməkdən imtina edib.

Nizami Bağırov