Dünya 15:36 02.07.2022

İxracatda Türkiyə tarixinin ən yüksək göstəricisi qeydə alındı

Türkiyənin ticarət naziri Mehmet Muş bu gün Şərqi Anadolu İxracatçılar Birliyinin (DAİB) Ərzurum vilayət ofisinin açılış mərasimində iştirak edib və iyun ayı üçün xarici ticarət statistikasını açıqlayıb.

Qaynarinfo bu barədə Türkiyə Ticarət Nazirliyinin saytına istinadən xəbər verir.

Nazir Türkiyənin 2022-ci ilin ilk altı ayında ixracatdakı uğurlarının davam etdiyini bildirib: "Bu ilin iyun ayında ixracat həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 23,4 milyard dollara çatıb".

Onun sözlərinə görə, iyunda ixracın həcmi Türkiyə tarixində xaricə çatdırılmaların ən yüksək aylıq göstəricisi olub. Nazir bildirib ki, bu ilin ilk 6 ayında ən yüksək ixracat həcminə nail olunub. Bu dövrdə ixrac həcmi ümumilikdə 126 milyard dollar təşkil edib.

İyun ayında Türkiyə idxalının həcmi də 40% artaraq 31,6 milyard dollara çatıb ki, bunun da 8,1 milyard dolları enerji alışının payına düşüb.

M.Arif