Foto 18:45 23.03.2022

İyirmi gündür mühasirədə olan Mariupoldan (FOTOREPORTAJ)

Rusiya hərbi qüvvələrinin martın 3-dən mühasirədə saxladığı Ukraynanın Mariupol şəhərində humanitar böhran yaşanır. 20 günlük mühasirə nəticəsində şəhərdə 2 500-ə qədər insan həlak olub.

Mühasirədə qalanlar arasında bir qrup azərbaycanlı da var. Onlardan bəziləri artıq xilas olunub.

Mariupoldakı Azərbaycan Cəmiyyətinin sədri Afaq Həmidova bildirib ki, şəhərdən çıxa bilməyən soydaşlarımızın təxliyəsinə ehtiyac var.

"Report”un Şərqi Avropa bürosu liman şəhərində yaşanan insan faciələrini fotolentə alıb. Mariupoldan fotoreportajı təqdim edirik.