KİV-lər
Çeçenistan Respublikasında məşhur bir cərrahın öz əcəliylə ölmədiyini iddia
edib.
Qaynarinfoxəbər verir ki, "Qafqaz Düyünü”nün məlumata görə, cərrah Salah Daqayev
Çeçenistan rəhbəri Ramzan Kadırovun ortaqlarından birinin yaşlı bacısı üzərində
əməliyyat keçirib və yaşlı qadın əməliyyat zamanı ölüb.
"Qafqaz
Düyünü" müxalifətin Teleqram kanalına istinadən bildirir ki, bundan sonra
maskalı şəxslər Daqıyevi qaçıraraq naməlum istiqamətə aparıb və 23 sentyabrda
Daqıyevin cəsədi yaxınlarına verilib.
Onun rəsmi
ölüm səbəbi infarkt kimi göstərilib. Lakin həkimi tanıyan tibb bacısı Daqıyevin
ölümünün təbii səbəblərdən olmasından şübhələndiyini bildirib. "İnsanlar
onun başqa bir səbəbdən öldüyünü deyirlər", - qadın deyib, lakin bu barədə
məlumat verməkdən imtina edib.
Znak.com
Daxili İşlər Nazirliyinin Çeçenistan Baş İdarəsinə və İstintaq Komitəsinin
respublika Müdirliyinə sorğu göndərib.
Alpər
Şərhlər