Xəbər lenti

Dünya 13:46 26.11.2023

Kanadanın baş naziri: "Bütün dünyada Ukraynaya dəstək tendensiyası azalır"

Kanadanın baş naziri Castin Trüdo ABŞ və Avropada sağçı ritorikanın artması ilə bağlı narahatlığını ifadə edib. Onun fikrincə, bu, Ukraynaya verilən dəstəyə təsir edir. Baş nazirin sözlərinə görə, MAGA hərəkatı (Trampın "Amerikanı yenidən möhtəşəm edək" hərəkatı-red.), eləcə də bütün Avropadakı siyasətçilər və partiyalar "Ukraynaya dəstəyi dayandırmağa başlayır". 

Qaynarinfo xəbər verir ki, hökumət rəhbəri Kanadanın Mühafizəkarlar Partiyasının Ottava və Kiyev arasında Azad Ticarət Sazişinin yenilənməsinin əleyhinə yekdilliklə səs verdikdən sonra müvafiq bəyanatla çıxış edib.

Castin Trüdo ABŞ və Avropadakı bir çox sağçı siyasətçinin "Rusiyanın dezinformasiya və təbliğatını təkrarlamağa başladığını" deyib:

"Əsl hekayə, Amerikada MAGA-nın təsirində olan sağçı düşüncənin yüksəlişidir ki, bu da Ukraynanın ən güclü müdafiəçilərindən biri olan kanadalı Mühafizəkarların Ukraynaya ehtiyacı olan şeylərdən üz döndərməsinə səbəb olub".

O, Kanadanın Mühafizəkarlar Partiyasının üzvlərinin "dost və müttəfiqlərindən, qaydalara əsaslanan beynəlxalq nizamdan və BMT Nizamnaməsinə və ərazi bütövlüyünə dəstəkdən üz çevirdiklərini" deyib.

"Hadisələrin bu inkişafı narahatlığa səbəb olmaya bilməz, çünki bütün dünyada Ukraynaya dəstək tendensiyası azalır", deyə Kanadanın baş naziri bildirib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->