İdman 11:24 22.09.2022

Kannavaro İtaliyaya qayıtdı, yeni klubu müəyyənləşdi

İtaliya futbolunun canlı əfsanəsi Fabio Kannavaronun yeni klubu müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, sabiq müdafiəçi məşqçilik kayerasını İtaliyanın B Seriyası komandalarından olan "Benevento"da davam etdirəcək. Klub 49 yaşlı mütəxəssislə anlaşdığını açıqlayıb. 

2006-cı ildə İtaliya yığmasının heyətində dünya çempionu olan, "Napoli”, "Parma”, "Yuventus”, "İnter” və "Real" kimi komandalarda oynadıqdan sonra 2011-ci ildə Asiya qitəsinə məşqçi kimi gedən Kannavaro, Çin və Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif klublarını çalışdırıb.

O, sonuncu dəfə 2019-cu ildə Çin millisinin baş məşqçisi olub. Yeni klubu ilə müqavilə imzalamaqla sabiq futbolçu ilk dəfə Avropada komanda meydana çıxaracaq. 

2020-21 mövsümündə A Seriyasından düşmüş "Benevento" 6 turdan sonra topladığı 7 xalla 13-cü pillədədir.

Səbuhi Həsənov