96 saylı körpələr evi-uşaq bağçasının keçmiş müdiri Ruhəngiz Qurbanova Elm və Təhsil Nazirliyini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, keçmiş müdirin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
İşə Nəsimi Rayon Məhkəməsində baxılıb. Lakin qərar Ruhəngiz Qurbanovanın qane etmədiyindən o apellyasiya şikayəti verib. Keçmiş müdirin şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Akif İsgəndərovun sədrliyi ilə baxılacaq.
Ruhəngiz Qurbanova 2020-ci ildə kabinetindən 2000 manat oğurlanması ilə gündəmə gəlib. 2021-ci ildə isə keçmiş müdirin adı rüşvət qalmaqalında hallandırılıb və bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Ehtimal olunur ki, Ruhəngiz Qurbanova bu olaydan sonra işdən çıxarılıb.
Seyid
Şərhlər