XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kəlbəcərdə mina partladı: Yaralı var
Ölkə19:53 13.08.2026

Kəlbəcərdə mina partladı: Yaralı var

Kəlbəcər rayonunda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Tərtər rayonunun Qaynaq kənd sakini, 1953-cü il təvəllüdlü Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.