"Kəpəz"in avtobus həsrəti bitib.
Qaynarinfo-nun məlumatına görə, klub üçün alınan avtobus artıq təhvil verilib. Avtobus əsas komandanın istifadəsində olacaq. Nəqliyyat vasitəsi Cənubi Koreyanın dünyaca tanınmış "Daewoo" şirkətinin istehsalıdır. Gəncə təmsilçisinin rənglərinə uyğun formada bəzədilmiş avtobusun üzərində Kəpəz dağı əks olunub. Avtobus "Kəpəz 100k” layihəsindən yığılan maliyyə və klubun vəsaiti hesabına alınıb.
"Kəpəz" PFK üçün əldə olunan nəqliyyat vasitəsi ilə bağlı maliyyə hesabatı yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.
Səbuhi Həsənov
Şərhlər