Xəbər lenti

Kimi kəndin qazlaşmasını, kimi də qazlaşan kəndə mavi yanacağın verilməsini xahiş etdi (FOTO)
Foto 18:30 03.11.2023

Kimi kəndin qazlaşmasını, kimi də qazlaşan kəndə mavi yanacağın verilməsini xahiş etdi (FOTO)

Həftənin sonuncu "Açıq mikrofon” aksiyası Saatlı rayonunda baş  tutub. Rayonun Qaracalar kəndində təşkil olunan "Səyyar qəbul otağı”nda ümumilikdə 7 müraciət ünvanlanıb. 

Aksiya keçirilən kəndin sakinlərindən cəmi 3 nəfər mikrofon önünə çıxıb. Əlikram Həsənov, Əzulla İsmayılov və Eminağa Əzizovun müraciətləri kənd məktəbinin qazlaşdırılması və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. Saatlı rayonunun Dəllər kəndindən qatılan Ədalət Şükürov isə yaşadığı kəndin qazlaşdırılmasını istəyib. Eyni istəklə Nəsimikənd sakini Zülfüqar Bayraqdarov da çıxış edib. 

Salyan RQİİ-nin rəhbər şəxsləri vətəndaşların müraciətləri ilə bağlı ətraflı məlumat verdikdən sonra aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyat aparıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->