Xəbər lenti

Dünya 00:02 14.04.2024

Kiyevə Aİ-yə daxil olmaq üçün məsləhət verəcək ekspertlərlə bağlı təfərrüatlar

Ukraynaya Avropa İttifaqına üzvlüklə bağlı proseslərdə məsləhət verəcək ekspertlər qrupuna 6 şimali Avropa ölkəsinin nümayəndələri daxil olacaq.

Qaynartinfo xəbər verir ki, bu barədə Ukrayna hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qrupa Şimali Baltik Səkkizliyi ölkələrinin (Estoniya, Litva, Latviya, İsveç, İslandiya, Finlandiya) peşəkar nümayəndələri daxil olacaq. Onlar Aİ təsisatlarında mühüm iş təcrübəsi olan və danışıqlar prosesində iştirak ediblər.

Həmin ekspertlər bunlardır:

* Estoniyanın Aİ-yə daxil olması ilə bağlı danışıqlarda müzakirəçi Alar Streimann;
* Keçmiş Avropa komissarı, iki dəfə Litvanın maliyyə naziri Algirdas Şemeta;
* Keçmiş Avropa komissarı, latviyalı diplomat Andris Piebalqs;
* Keçmiş Avropa komissarı, İsveçin Aİ işləri üzrə naziri (2006-2010) Sesiliya Malmström;
* İslandiya diplomatı, Avropa İşləri üzrə Direktor və Aİ-yə üzvlük üzrə danışıqlar aparan şəxs (2008-2013) Högni S. Kristjánsson;
* İsveçin Aİ və Beynəlxalq Əlaqələr üzrə Dövlət Katibi (2010-2014) Katarina Areskouq; Litvanın Milli Torpaq Xidmətinin keçmiş Baş direktoru (2017-2021) Laimonas Čiakas;
* Finlandiyanın Aİ-dəki keçmiş daimi nümayəndəsi (2017-2021) Marja Rislakki;
* İslandiyanın Aİ-yə daxil olması üzrə baş müzakirəçi (2009-2013) Stefan Haukur Yohannesson.

Qrupun fəaliyyəti beynəlxalq ticarət, daxili bazar və Aİ ticarət siyasəti ilə məşğul olan İsveçin 1651-ci ildə təsis edilmiş dövlət qurumu olan İsveç  Milli Ticarət Şurası tərəfindən əlaqələndiriləcək.

Xatırladaq ki, bu təşəbbüsün yaradılmasını İsveçin xarici işlər naziri aprelin 10-da Qotland adasında şimali avropalı həmkarları ilə görüşdən sonra elan edib.

Məlum olduğu kimi, Ukrayna tərəfi və Brüssel çalışır ki, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların rəsmi açılışı iyunun sonundan gec olmayaraq baş tutacaq. Həmin vaxt Belçikanın Aİ Şurasına sədrliyi başa çatacaq və sədrlik altı aylıq Macarıstana keçəcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->