Xəbər lenti

İdman 15:05 10.02.2024

Klopp mavi kart haqda: “Bu, fantastik fikir kimi görünmür”

"Liverpul"un baş məşqçisi Yurgen Klopp, hakimi aldatmağa cəhd edən və onun qərarlarına etiraz edən oyunçuların ondəqiqəlik qovulma ilə cəzalandırılacağı mavi vərəqələrlə bağlı fikrini bölüşüb. 

Qaynarinfo-nun məlumatına görə, Klopp açıqlamasında, "Mənə dərhal fantastik fikir kimi görünmür. Ancaq həqiqət budur ki, sonuncu dəfə insanların (IFAB) nə vaxtsa fantastik bir ideyası xatırlamıram".

Yeni mavi kartlar ümidverici hücumları kəsən faullarına və ya futbolçuların etirazlarını məhdudlaşdıracaq. Bundan əlavə, oyunçu iki mavi və ya bir mavi və bir sarı vərəqə (və əksinə) alsa, matçdan xaric ediləcək. Klopp kimi Maurisio Poçettino da hakimlər, oyunçular və azarkeşlər üçün bu qərarın daha çox müzakirələrə səbəb olacağını və məsələləri çətinləşdirəcəyini açıqlamışdı.

Bu dəyişiklik reallaşrsa, 1970-ci ilin dünya çempionatında sarı və qırmızı vərəqələrin gəlişindən sonra ilk dəfə yeni intizam kartının tətbiqi kimi tarixə düşəcək. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->