İdman 17:15 17.03.2023

Konfrans Liqası: 1/4 finalın püşkü atıldı

UEFA Konfrans Liqasında 1/4 finalın püşkü atılıb.

Qaynarinfo-nun məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə bu raundda üz-üzə gələcək komandalar bəlli olub.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən kollektiv bir-birilə rəqib ola biləcək.

UEFA Konfrans Liqası
1/4 final

"Lex" (Polşa) - "Fiorentina" (İtaliya)
"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə)
"AZ Alkmaar" - "Anderlext" (Belçika)
"Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.