Xəbər lenti

Konfrans Liqası:
İdman 09:43 06.08.2026

Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"suna qarşı

Bu gün "Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə ilk oyuna çıxacaq.

Qaynarinfo xəbər verir ki, Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı danimarkalı hakimlər briqadası idarə edəcək. 

"Dinamo" 2025/26 mövsümündə Ukrayna kubokunun qalibi olub. Həm onlar, həm də "Qarabağ" Avropa Liqasının 2-ci mərhələsində uduzaraq Konfrans Liqasına düşüblər.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda olacaq. Cütün qalibi pley-offda "Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun

6 iyul
21.00 Dinamo (Kiyev, Ukrayna) - Qarabağ (Azərbaycan)
Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (Danimarka).
VAR: Yakob Karlsen (Danimarka).
AVAR: Yens Maye (Danimarka).
Polşa: Lublin Arena.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->