Xəbər lenti

"Sumqayıt" Lukas Blakı transfer etdi
İdman13:29 05.08.2026

"Sumqayıt" Lukas Blakı transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sumqayıt” heyətini yeni oyunçu ilə gücləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kimyaçılar” braziliyalı yarımmüdafiəçi Lukas Blakı transfer ediblər. 26 yaşlı yarımmüdafiəçinin son klubu Braziliyanın D seriyasında mübarizə aparan "Ferroviario” olub.
Qeyd edək ki, "Sumqayıt" bu yay Emil Mustafayev ("Polissya", Ukrayna),  Jeymes Almeyda ("Pasuş Fereyra”, Portuqaliya), və Jeam Oliveyranı ("Kaşias", Braziliya) da transfer edib.