Xəbər lenti

Mal əti bahalaşdı (VİDEO)
Video 22:40 05.08.2026

Mal əti bahalaşdı (VİDEO)

İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti 1 manat artaraq 17 manatdan 18 manata yüksəlib.

Qaynarinfo "xezerxeber.az”a istinadla xəbər verir ki, qəssabların sözlərinə görə bahalaşma satışa da ciddi təsir göstərib.

Alıcılar da qiymət artımını təsdiq edirlər. Onların sözlərinə görə, qiymətlərdəki dəyişiklik gündəlik alış-verişə də təsir edir.

Ət satanlar bildirirlər ki, qiymət artımı fərdi təsərrüfatlardan gətirilən diri heyvanların alış qiymətinin yüksəlməsi ilə bağlıdır. Qəssabların sözlərinə görə, diri heyvanların daha yüksək qiymətə alınması pərakəndə satış qiymətinə də təsir edib.
[

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->