Kopenhagendə turistlərə pulsuz ekskursiyalar və nahar müqabilində təmizlik günlərində iştirak etmək təklif olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə Danimarka paytaxtının turizm departamentinin saytında məlumat
verilib.
Turistlərin mentalitetini dəyişdirmək məqsədi daşıyan "CopenPay" pilot layihəsi onları daha yaşıl seçimlər etməyə təşviq etmək üçün turizm departamenti tərəfindən hazırlanıb. Turistlər indi velosiped sürmək, icma təmizliklərində iştirak etmək və ya yerli təsərrüfatlarda könüllü olmaq kimi ekoloji fəaliyyətlərdə iştirak etdikləri üçün mükafatlandırılacaqlar.
Şəhər ziyarətçilərinin 82%-nin ekoloji cəhətdən təmiz həyat tərzi yaşamaq istədiklərini söylədiklərini, ancaq yalnız 22% -nin davranışlarını onun standartlarına uyğun olaraq dəyişdirdiyini öyrənib. Gözlənilir ki, "CopenPay" şəhər ziyarətçilərinə davamlı hərəkət etmək istəkləri ilə faktiki davranışları arasında böyük fərqi aradan qaldırmağa kömək edə bilər. Kopenhagenə öz ekologiyasını qoruyub saxlamağa kömək etmək müqabilində turistlərə muzeylərə pulsuz giriş, kayak idmanı və hətta pulsuz vegetarian nahar veriləcək.
"Bizim üçün əsas məqsəd səyahətləri ekoloji cəhətdən təmiz etməkdir. Biz ziyarətçilərin məlumatlı, davamlı seçimlər etmələrini və ümid edirik ki, nəticədə daha da xoş səyahət təcrübəsinə malik olsunlar. Beləliklə, "CopenPay" ilə biz turistlərin mədəni təcrübələrini zənginləşdirərək onların davamlı davranışını təşviq etməyi hədəfləyirik", deyə "Wonderful Copenhagen"in baş direktoru deyib.
"CopenPay" proqramı iyulun 15-dən avqustun 11-dək qüvvədə olacaq. İştirak etmək istəyənlərdən velosiped sürərkən çəkilmiş fotoşəkil kimi iştirakın sübutunu təqdim etmələri xahiş olunacaq.
Aydın
Şərhlər