İngiltərədəki
bir araşdırmada koronavirusun mutasiyaya uğradığı ortaya çıxıb.
Qaynarinfoxəbər verir ki, araşdırmaya görə,
mutasiyaya uğramış yeni virus daha öldürücü təsir göstərir. Bu səbəbdən mütəxəssislər
epidemiyanın ikinci dalğasının daha çətin ola biləcəyinə diqqət çəkirlər.
Son
beş gündə İngiltərədə yoluxma hallarının sayında artım davam edir. Son məlumatlara
görə, 19 min 790 nəfərin testinin müsbət çıxdığı və bir gündə 151 nəfərin öldüyü
açıqlanıb. Ölkədəki ümumi müsbət halların sayı 854 mini keçib.
Hökumətin
SAGE elmi şurasının araşdırmasına görə, yeni virus səbəbiylə yoluxmuş insanların
əvvələ nisbətdə daha öldüyü müşahidə edilib.
Üstəlik,
mutasiya olunmuş yeni virus daha çox yoluxucudur. Xəstəliyə 1 avqustdan əvvəl yoluxanlar
təxminən 13 gün sonra öldüyü halda, yeni virusla bu nisbət təxminən iki dəfə
azalıb.
Hazırda
yoluxan qadınların orta hesabla 6, kişilərinsə yeddi gün yarımda öldüyü ortaya
çıxıb.
Alpər
Şərhlər