Ölkə 16:38 10.08.2022

Koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirusa 534 yeni yoluxma qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 6 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 803 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 nəfərdir.

Ölkədə son sutka ərzində 4 587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 1829 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza vaksin vurduranların sayı 1164, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 832 547, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 091, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 097, üç və daha çox doza vaksin vurduranların sayı 3 348 027, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 350 təşkil edir.