Xəbər lenti

Kreml: Trampın müşavirlərinin sülh planı cəbhədəki vəziyyəti nəzərə almalıdır
Dünya 20:50 25.06.2024

Kreml: Trampın müşavirlərinin sülh planı cəbhədəki vəziyyəti nəzərə almalıdır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşavirlərinin ona Ukrayna münaqişəsinin həlli ilə bağlı plan təqdim etməsi ilə bağlı xəbərlərə münasibət bildirib. 

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, Peskov istənilən sülh planının döyüş meydanındakı vəziyyəti nəzərə almalı olduğunu deyib.
 
"İstənilən planın dəyəri nüanslarda və yerdəki reallığı nəzərə almaqdadır", -  deyə Kremlin sözçüsü bildirib. Peskov aydınlaşdırıb ki, o, Trampın müşavirlərinin planı barədə məlumatı yoxdur. Mətbuat katibi xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda "nə Qərb, nə də ukraynalıların özləri tərəfindən qəbul edilməyən” sülh təklifləri səsləndirib.

Agentliyin daha əvvəl xəbər verdiyi kimi, planı Donald Trampın dövründə ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş icraçı katibləri Keyt Kelloq və Fred Fleyts hazırlayıb. Onların təklifinə görə, sülh danışıqları "mövcud cəbhə xətti” əsasında aparılacaq. Plan həmçinin Ukrayna hökuməti danışıqlardan imtina edərsə, ABŞ-ın Ukraynaya yardımını dayandırmağı nəzərdə tutur. Əgər Kiyev danışıqlara razı olsa, o zaman Vaşinqtondan silah tədarükü artacaq.

Xatırladaq ki, iyunun 14-də Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün şərtləri açıqlayıb. Rusiya prezidentinin tələbləri arasında Ukrayna qoşunlarının "LXR” və "DXR”dən, eləcə də Xerson və Zaporojye vilayətlərindən çıxarılması da var. O aydınlaşdırıb ki, bu, bütün vilayətlərin inzibati sərhədləri daxilində baş verməlidir. Ukrayna prezidenti Volodimir Zelenski daha sonra Rusiya prezidentinin təkliflərini "ultimatum” adlandırıb və Ukraynanın onlara etibar edə bilməyəcəyini deyib. Qərb liderləri də Putinin sülh təkliflərini qeyri-ciddi adlandırıblar. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->