Xəbər lenti

Kreml Türkiyənin Suriyadakı əməliyyatına qarşı: “Sabitliyi poza bilər”
Dünya 17:14 15.06.2022

Kreml Türkiyənin Suriyadakı əməliyyatına qarşı: “Sabitliyi poza bilər”

Türkiyənin Suriyada mümkün hərbi əməliyyatı sabitlik gətirməyəcək.

Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib

"Biz bu xüsusi əməliyyatın Suriya Ərəb Respublikasının sabitliyinə və təhlükəsizliyinə töhfə verəcəyinə inanmırıq”,- Peskov jurnalistlərə açıqlamasında deyib.

Ankara deyir ki, Vaşinqton və Moskva 2019-cu ildə Türkiyənin hücumundan sonra əsasən kürdlərdən ibarət YPG yaraqlılarının Türkiyə sərhədindən 30 km aralı uzaqlaşdırmaq vədlərini pozublar. Türkiyə Suriyada YPG-nin nəzarətində olan bölgələrdən hücumların artdığını əsas gətirərək Suriyada fəaliyyətə keçməli olduğunu deyir. 

RİA xəbər agentliyi Rusiyanın Suriya üzrə elçisi Aleksandr Lavrentyevə istinadən bildirib ki, Türkiyənin əməliyyatı vəziyyəti gərginləşdirə və sabitliyi poza bilər.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->