Xəbər lenti

Kremlin təzyiqi bəhrə verdi: Erməni məmurlar anti-Rusiya bəyanatlarını dayandıracaq
Dünya 22:28 16.07.2024

Kremlin təzyiqi bəhrə verdi: Erməni məmurlar anti-Rusiya bəyanatlarını dayandıracaq

Rusiya hakimiyyətinin Ermənistanın baş naziri Nikol Paşinyana təzyiq öz bəhrəsini verib, onun və komandasının nümayəndələrinin gələn həftədən anti-Rusiya bəyanatları və açıqlamalarının axınını dayandırmağa nail olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya "Telegram" kanalları yazır.

Məlumata görə, Rusiya Ermənistan iqtisadiyyatını məhv etməklə hədələyib. 

"Ermənistan hakimiyyətinə çatdırıblar ki, birbaşa eskalasiya ritorikası yaxşı heç nə vəd etmir və yaxşılığa gətirməyəcək. Bildirilib ki, Moskva istəsə, Ermənistan iqtisadiyyatını sadəcə məhv edə bilər ki, bu da istər-istəməz ölkədə yeni genişmiqyaslı siyasi qeyri-sabitliyə gətirib çıxaracaq. Bu mesaj eşidilib. Artıq Paşinyandan və komandasından KTMT-dən tezliklə çıxmaq və buna bənzər açıqlamalar artıq eşitmirik", deyə insayderlər əlavə ediblər. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->