Xəbər lenti

Kuryer xidməti üçün də ili təzə avtomobil olmalıdır? (VİDEO)
Ekonomiks 23:19 26.05.2024

Kuryer xidməti üçün də ili təzə avtomobil olmalıdır? (VİDEO)

Yeni qaydaların tətbiqindən sonra taksi failiyyətini dayandırmaq məcburiyyətində qalan sürücü İlkin Həsənovun yeni işinə də qadağa qoyulub.

O deyir ki, əvvəllər taksi sürücüsü işləyirmiş, lakin yeni tələblərdən sonra avtomobili köhnə olduğu üçün taksi xidmətini dayandırıb. O, son vaxtlar avtomobili ilə çatıdırılma xidməti həyata keçirirmiş, amma bu işi də dayandırılıb.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sürücü deyir ki, avtomobilinin ili ilə əlaqədar yeni qaydalara əsasən, taksi fəaliyyəti göstərə bilmir. Bu səbəbdən də işini kuryer olaraq davam etdirmək qərarına gəlib. Lakin bir müddət sonra işlədiyi taksi şirkəti tərəfindən hesabına blok qoyulub. Buna səbəb kimi isə avtomobilin ilinin köhnə olması göstərilib.

Şikayətçi deyir ki, kuryer xidməti göstərən sürücülərin avtomobillərinə il tələbi onlar üçün gözlənilməz olub.

Səslənən iddialarla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, sözügedən məsələ taksi şirkətlərinin daxili işidir. Agentlikdən o da bildirilib ki, bəzi şəxslər tərəfindən çatdırılma xidməti adı altında sərnişin daşınmasının həyata keçirildiyi müşahidə edilir. Belə hallara qarşı reydlər aparılır və qarşısı alınır.

Adıçəkilən taksi şirkətindən isə bildirilib ki, müraciətlərə yalnız həftəiçi baxılır. Bu gün qeyri-iş günü olduğundan sürücünü problemini araşdırmaq mümkün deyil.

Şirkətdən məsələnin diqqətdə saxlanılacağı bildirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->