Ekonomiks 21:42 06.03.2023

Laçın Xəstəxanası qaydaları pozub

"Laçın Rayon Mərkəzi Xəstəxanası" (RMX) publik hüquqi şəxsi məhkəməlik olub. 

Qaynarinfo-nun məlumatına görə, xəstəxana İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub.

Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləş xəstəxana İXM-nin 518.1 maddəsi ilə ittiham olunur. Belə ki, xəstəxanada yanğın təhlükəsizliyi ilə bağlı tələblər yerinə yetirilməyib. Bu maddəyə görə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə olunur.

Sumqayıt Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Elçin Məmmədovun sədrlik edəcək.

Əhməd