Xəbər lenti

Lavrovun qızı Gürcüstanda qaynının toyunda: Onu oteldə etiraz aksiyası gözləyir
Dünya 13:16 20.05.2023

Lavrovun qızı Gürcüstanda qaynının toyunda: Onu oteldə etiraz aksiyası gözləyir

Rusiya xarici işlər naziri Sergey Lavrovun sanksiyaya məruz qalan qızı Yekaterina Vinokurova (Lavrova) ərinin qardaşı Aleksandr Vinokurovun toyuna Gürcüstana gəlib.

Qaynarinfo xəbər verir ki, bu qənaətə Gürcüstanın müxalif "Mtavari” telekanalı Vinokurovanın özünün və dostlarının sosial şəbəkələrinə istinadən gəlib, baxmayaraq ki, indi onların bütün hesabları nədənsə bağlanıb.

Vinokurovanın qohumunun toyu, jurnalistlərə görə, Gürcüstanın şərqindəki tarixi bölgədə - Kaxetidə keçirilir.

Ziyafət Lavrovun kürəkəni tərəfindən beşulduzlu Kvareli Lake "Resort"da təşkil olunub. Media Lavrova-Vinokurovanın otelə gəlişindən Kvareli Lake "Resort"a zəng edərək öyrənib. Rusiyalı nazirin qızına buket verilməsi ilə bağlı guya kuryerin adından zəng edilib. Onun gəlişini təsdiq ediblər.

Lakin sonradan otel rəhbərliyi jurnalistləri dezinformasiyada ittiham edərək, həmin soyadlı ziyarətçilərin olmadığını bildirib. Gürcüstan hakimiyyəti hələlik Sergey Lavrovun qohumlarının gəlişini şərh etməyib.

Bu arada "Azadlıq” radiosu bildirir ki, otelin yaxınlığında etiraz aksiyası keçirilməsi planlaşdırılıb və artıq polislər növbətçiliyə başlayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->