XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Lənkəran Sukanal Sahəsinin həyətini su basdı
Ölkə08:23 25.01.2024

Lənkəran Sukanal Sahəsinin həyətini su basdı

Lənkəran şəhərində Sukanal Sahəsinin əməkdaşları acınacaqlı vəziyyətlə üz-üzə qalıb.
Qaynarinfo xəbər verir ki, "Azərsu" ASC-nin 3 №-li Regional Sukanal İdarəsinin Lənkəran Sukanal Sahəsinin həyətini su basıb. 
Bu səbəbdən səhər işə gələn əməkdaşlar öz iş otaqlarına girə bilməyib.
Lənkəran sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, idarənin binasının həyəti yağış suları nəticəsində bu hala düşüb:
"Suyun axarı olmalıdır. Lənkəranın da drenaj sistemi çoxdan sıradan çıxıb. Şəhərin kanalizasiya sistemi yoxdur".
Bahar Rüstəmli