Dünya 17:09 08.12.2023

Litva Abramoviçin övladlarına pasportların verilməsini yoxlayacaq

Litva prezidenti Gitanas Nauseda rusiyalı iş adamı Roman Abramoviçin övladlarının respublika vətəndaşlığını nə qədər düzgün aldığını yoxlamağı əmr edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə yerli LRT telekanalı məlumat yayıb.

Materialda qeyd edilir ki, iş adamı Avropa İttifaqının (Aİ) sanksiyaları altındadır. Eyni zamanda, Litva liderinin özü aydınlaşdırıb ki, Abramoviçin varisləri qanuna uyğun olaraq pasport alıblar.

"Bunun nə dərəcədə düzgün tətbiq olunduğunu yoxlamaq lazımdır. Və biz bu konkret şəxslərin, məsələn, Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiya mexanizmində iştirak edib-etmədiyini qiymətləndirməliyik", deyə Nauseda bildirib.

O, həmçinin bu məlumatın təsdiqlənəcəyi təqdirdə tədbir görülməsinə çağırıb. Xüsusilə, dövlət başçısı belə bir vəziyyətdə Anna və Arkadi Abramoviçlərə digər Litva qanunlarının tətbiqinin zəruriliyini qeyd edib.

Dekabrın əvvəlində "Delfi" Kipr məxfi beynəlxalq jurnalist araşdırmasının məlumatlarına istinadən Roman Abramoviçin övladlarının Litva vətəndaşlığına malik olduğu bildirilən material dərc edib. Material müəllifləri qeyd edib ki, sahibkarın oğlu 10 il əvvəl xarici pasport alıb. Üstəlik, sənədin müddəti 2023-cü il dekabrın 5-də başa çatıb.

Aydın