İdman 15:34 08.06.2023

"Liverpul" bu futbolçunun transferini açıqladı

"Liverpul" "Brayton"un yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer edib.

Qaynarinfo xəbər verir ki, futbolçu ilə 5 illik müqavilə imzalanıb. Klub argentinalı futbolçuya görə 35 milyon funt-sterlinq ödəyib.

"Liverpul"un rəsmi saytına verdiyi ilk açıqlamada futbolçu, "Özümü əla hiss edirəm. Bu, gerçəkləşən bir yuxu kimidir. Burada olmaq çox gözəldir və başlamaq, komanda yoldaşlarımla görüşmək üçün səbirsizlənirəm. Mənim üçün əla il oldu. Dünya Kuboku... "Brayton" ilə nələrə nail olduq. Amma indi "Liverpul" haqqında düşünməyin və hər gün daha yaxşı oyunçu və insan olmağa çalışmağın vaxtıdır."

"Enfild"də 10 nömrəli formanı geyinəcək argentinalı ulduz çərşənbə axşamı tibbi yoxlamadan uğurla keçib. Beləliklə, "Liverpul", Yurgen Klopp tərəfindən çox ehtiyac duyulan yarımmüdafiəçi ilə "təmirə" başladı.

Liverpul təmsilçilərinin transfer siyahısında Mateus Nunes, Manu Kone və Kefren Türam kimi adlar var.

Səbuhi Həsənov