"Dokertinin səfərində əsas məqsəd Qafqazın hər üç ölkəsini Avropaya inteqrasiya yoluna çəkməkdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokertin Cənubi Qafqaz ölkələrinə başlanan səfərini şərh edərkən deyib:
Politoloqun fikrimcə, səfər çərçivəsində britaniyalı nazir Azərbaycanla Ermənistan arasında sülh məsələsinə də toxunacaq:
"Amma gəlişinin əsas məqsədi heç də bu deyil. Əsas məqsədi Qafqazın hər üç ölkəsini Avropaya inteqrasiya yoluna çəkməkdir. Gürcüstan artıq Avropa İttifaqına üzv olmağa namizəddir. Yəqin ki, çox keçməz Ermənsitan da Aİ-yə namizəd olaraq qəbul ediləcək. Bu mənada, əsas məsələ Bakının həmin quruma üzvlüyə qəbul edilməsi məsələsidir. Bütövlükdə hər üç ölkəni Ümumqafqaz Evi adı altında Aİ-yə qəbul etdirmək istiqamətində müəyyən işlər görülür. Düşünürəm ki, Böyük Britaniya nazirinin region ölkələrinə səfəri də əsasən məhz bu məqsədləri güdür. Onlar bununla Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırlar”.
Politoloq bildirib ki, britaniyalı nazir bu səfərlə qarşıya qoyulan məqsədlərlə bağlı rəy yaradır, tərəflərin fikrini öyrənir:
"Proses yalnız son dövrlər intensiv xarakter almağa başlayıb. Bu mənada britaniyalı nazirin səfərindən hər halda ortaya müəyyən nəticələr də çıxacaq".
Qeyd edək ki Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokertin Cənubi Qafqaza səfərə gəlib. Dokerti ilk səfərini Ermənistana edib. Ardınca Gürcüstan və Azərbaycanda olacaq.
Xatırladaq ki, bu, Dokertinin 2023-cü ildə regiona etdiyi üçüncü səfəridir.
Rüfət Sultan
Şərhlər