"Həmişə illik infilyasiya tempi nəzərə alınır. İnfilyasiyanın vətəndaşların ailə büdcəsinə təsir etməməsi üçün tədbirlər həyata keçirilir".
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov ARB24-ə açıqlamasında bildirib.
O əlavə edib ki, sosial tədbirlər ən azı 2 milyona yaxın vətəndaşı əhatə edəcək: "Həm əməkhaqları, həm pensiya və digər sosial ödənişlərdə önəmli şəkildə artım olacaq".
<iframe src="https://baku.ws/video2/v.php?v=1829010" ="" width="640" height="360">
Şərhlər