Yığmamızın hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun səfərdə "Slaven Belupo"ya qarşı keçirəcəyi Xorvatiya çempionatının 2-ci tur matçını buraxacaq.
Qaynarinfo xəbər verir ki, buna səbəb onun hələ bərpa prosesi keçməsidir. 25 yaşlı hücumçu qarşıdakı görüşdə də iştirak edə bilməyəcək.
Emreli birinci turda "Lokomotiv"ə 3:2 hesabı ilə qalib gəldikləri, həmçinin, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda keçirilən Şimali Makedoniya "Şkupi"si ilə matçda meydana çıxmayıb. Həmin qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Səbuhi Həsənov
Şərhlər