Xəbər lenti

Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayıb
Ölkə 23:30 13.03.2025

Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayıb

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.

"Report” xəbər verir ki, bu barədə ölkə başçısı sosial şəbəkədə paylaşım edib.

"Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşdırılması barədə elanı alqışlayıram. Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane olmur”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yaymışdı.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->