Fransa prezidentinin Ermənistana səfəri yaxın günlərdə planlaşdırılmır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Haykakan Jamanak” qəzeti Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Makronun Ermənistana mümkün səfəri ilə bağlı xəbərlər iki gündür dolaşsa da, hələ ki, rəsmi təsdiqini almayıb.
Xatırladaq ki, Emmanuel Makron Ermənistana bir dəfə - 2018-ci ildə, İrəvanda 17-ci Frankofoniya Sammiti keçirilən zaman səfər etmişdi.
Fransa prezidenti Ermənistana heç bir rəsmi və ya dövlət səfəri etməyib.
Mediada onun Ermənistandan sonra Azərbaycana gələcəyi bildirilirdi.
Alpər
Şərhlər