Xəbər lenti

İdman 13:26 14.11.2023

"Mançester Siti" 15 yaşlı bu gənci transfer etməyə yaxındır

Premyer Liqa nəhəngi "Mançester Siti" "Lids"in gənc ulduzu Finli Qormanı heyətinə qatmağa çox yaxındır...

Qaynarinfo-nun məlumatına görə, barədə "The Athletic" yazıb. Məlumata görə, klublar arasında 15 yaşlı futbolçunun transferi ilə bağlı razılıq əldə olunub. Müqavilə danışıqları müsbət nəticələnsə, Qorman "Mançester Siti"yə keçəcək.

"The Athletic"in hesabatında klubların 17 yaşına qədər öz akademiyalarında yetişdirdikləri oyunçular baxımından nə qədər gücsüz olduqları da vurğulanıb. Qorman 2025-ci ilin sentyabr ayına qədər "Lids"lə peşəkar müqavilə imzalayacaq və ona istədiyi sahədə inkişaf etmək azadlığı, həmçinin bəyəndiyi klubla müqavilə bağlamaq hüququ veriləcək.

Bu mövsümün əvvəlində, Qorman İngiltərənin U-16 millisində debüt edib. O, həmçinin 14 yaşında U-18-lər arasında Premyer Liqa matçlarında iki qol vuran ən gənc oyunçu rekorduna sahibdir.

Xəbərdə Qormanın Premyer Liqa çempionu ilə müqavilə imzalamağa yaxın olduğu bildirilsə də, "Lids"in 15 yaşlı futbolçunun klubda qalacağına dair optimist olduqları da vurğulanır.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->