Xəbər lenti

İdman 14:13 23.11.2022

"Mançester Siti" Qvardiola ilə anlaşdı

"Mançester Siti" baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə bağlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İngiltərə mətbuatında məlumat yer alıb. Məlumata görə məşqçi ilə yeni müqavilənin müddəti 2 illik olacaq.

2016-17 mövsümündə baş məşqçi təyin olunduğu "Mançester Siti" ilə 4 dəfə ölkə çempionu olan Qvardiolanın müqaviləsi iyunda başa çatmalı idi. Lakin Qətərdə keçirilən dünya çempionatına görə yaranan fasilədə klub bu qeyri-müəyyənliyə son qoyub və ispan çalışdırıcı ilə anlaşıb.

"Barselona" və "Bavariya"dan sonra İngiltərə klubuna gələn 51 yaşlı məşqçi bu ayın əvvəlində "Mançester Siti"dən daha yaxşısını tapmağın çətin olacağını demişdi. Qvardiolanın illik 20 milyon funt-sterlinq qazanacağı bildirilir.

"Mançester Siti" ilə 4 dəfə İngiltərə çempionu olan, eləcə də bir dəfə ölkə kuboku və dörd Liqa Kuboku qazanan Qvardiolanın komandası ötən il Çempionlar Liqasının finalına çıxsa da, "Çelsi"yə uduzub. 

Qvardiolanın yeni dövrdə heyəti gücləndirəcəyi gözlənilir. Hazırda Premyer Liqada "Arsenal”dan 5 xal geri qalan "Mançester Siti”nin əvəzolunmaz yarımmüdafiəçisi Kevin De Bruyne gələn ilin iyununda 32 yaşını qeyd edəcək. "Siti"nin qış transfer dönəmində heyəti gücləndirməyəcəyini deyən Qvardiolanın Dortmund "Borussiya"sından Jude Bellinqemi almaq istədiyi bildirilir. Qvardiola dünya çempionatında İngiltərənin İranı 6-2 məğlub etdiyi matçda fərqlənən 19 yaşlı futbolçu haqqında müsbət fikrlər səsləndirmişdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->