İngiltərə nəhəngi, "Mançester Yunayted"in satıldığı açıqlanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Mançester komandası qətərli iş adamı Şeyx Casim bin Həməd Al Taniyə satılıb. ABŞ-dan olan Qrazer ailəsi 2005-ci ildə 790 milyon sterlinqə aldıqları klubun səhmlərini ərəblərə təxminən 6 milyard 300 milyon dollara satıb.
Klubun qətərli iş adamı Şeyx Casim bin Həməd Əl Taniyə satılması xəbərindən sonra birjadakı səhmləri son 2 ayın ən yüksək səviyyəsinə çatıb. Nyu-York birjasında satılan klubun səhmləri aprelin 13-dən bu yana ən yüksək həddə - 23,17 dollara çatıb.
Qrazer ailəsinin daha əvvəl klub üçün təxminən 7,5 milyard dollar tələb etdiyi bildirilirdi. Lakin uzun danışıqlardan sonra ərəb iş adamı tərəfindən verilən rəqəmlə razılaşaraq qiyməti təxminən 1 milyard dollar azaldıb.
Səbuhi Həsənov
Şərhlər