Xəbər lenti

İdman 11:53 16.02.2023

"Mançester Yunayted"in ispan qapıçısı Premyer Liqada ilkə imza atdı

"Mançester Yunayted”in ispaniyalı qapıçısı David De Xea "Lids"lə oyunda tarixi ilkə imza atıb.

Qaynarinfo-nun məlumatına görə, o, Premyer Liqada 400 oyun keçirən ilk əcnəbi futbolçu olub.  

2011-ci ildə İspaniya La Liqa təmsilçisi "Atletiko"dan 19 milyon funt-sterlinq qarşılığında Mançester komandasına transfer olan David De Xea bu forma ilə 7 kubok qazanıb. O, 2012/13 mövsümündə Premyer Liqa çempionu, Avropa Liqası, FA Kuboku, "Community Shield" (3) və İngiltərə Liqa Kubokunu başı üzərinə qaldırıb. Qapıçı bu mövsüm "Mançester Yunayted”in heyətində 33 oyun keçirib və bunların 14-də qapısını toxunulmaz saxlayıb. O, 33 qol buraxıb.

"Mançester Yunayted” bu gün Avropa Liqasında "Barselona”nı, fevralın 19-da isə ölkə çempionatında "Lester"i qəbul edəcək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->