Dünya 19:07 30.06.2022

May ayında Türkiyənin xarici ticarət kəsiri 10,6 milyard dollar olub

May ayında Türkiyənin xarici ticarət fərqi illik bazda 155,2% artaraq 10,6 milyard dollara çatıb.

Qaynarinfo bu barədə Türkiyə Statistika Qurumuna (TÜIK) istinadən xəbər verir.
 
TÜİK-dən verilən məlumata görə, eyni dövrdə Türkiyənin ixrac və idxalı 15,3% və 43,5% artaraq, müvafiq olaraq 18,98 milyard və 29,58 milyard dollar təşkil edib.

Xarici ticarət kəsiri enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla, may ayında 3,75 milyard dollar olub.

Ümumi ixracda emal sənayesi məhsulları, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, mədənçıxarma və karxana sənayesinin payı müvafiq olaraq 94,7%, 2,9%, 1,9% təşkil edib.

İlin ilk beş ayı ərzində ölkənin ixracı və idxalı illik müqayisədə müvafiq olaraq 20,4% və 40,8% artaraq 102,47 milyard və 145,67 milyard dollar olub.

Türkiyənin xarici ticarət balansı ilk beş aylıq dövrdə keçən ilin eyni dövrü ilə müqayisədə 136% artaraq 43,2 milyard dollarlıq kəsir yaradıb.

İstər may ayında, istərsə də ilk beş aylıq dövrdə Türkiyənin əsas ixracat istiqaməti Almaniya, əsas idxal mənbəyi isə Rusiya olub.

M.Arif