Xəbər lenti

MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb
Ölkə 16:11 07.10.2024

MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb

"X” sosial şəbəkəsində "@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının rəhbərliyi adından saxta məlumat yayılıb.

Qaynarinfo bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar olaraq, adıçəkilən sosial şəbəkə platformasına məlumatın saxta olduğu bildirilmiş və paylaşımın "X” sosial şəbəkə platforması tərəfindən operativ qaydada silinməsi təmin olunmuşdur: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirilən bütün tədbir və görüşlərdəki çıxışlarının, səsləndirdiyi fikirlərin mətni Prezidentin rəsmi veb-saytı və sosial şəbəkə hesabları, həmçinin informasiya agentlikləri vasitəsilə yayımlanır".


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->