Xəbər lenti

Məhkəmə Trampı dələduzluqda təqsirli bildi - 90-dan çox ittiham, 700 il həbs
Dünya 10:08 27.09.2023

Məhkəmə Trampı dələduzluqda təqsirli bildi - 90-dan çox ittiham, 700 il həbs

Nyu York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı dələduzluqda təqsirli bilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Hakim Artur Engoronun hökmünə əsasən, Tramp və onun şirkəti olan "Trump Organisation” daşınmaz əmlak əməliyyatları üçün sənədləşmə işləri zamanı şirkətin xalis sərvətini şişirdərək, sığortaçıları, bankları və başqalarını aldadıblar.

Eyni zamanda, Enqoron Trampa qarşı şirkətinin aktivlərini və xalis sərvətlərini şişirtməkdə ittiham edən şəhərin baş prokuroru Letitia Ceymsin iddiasını dəstəkləməkdən imtina edib.

Maraqlıdır ki, hazırda dörd cinayət işi üzrə Donald Trampa qarşı 90-dan çox ittiham irəli sürülüb. Ümumilikdə, eks-prezidenti 700 ilə qədər həbs gözləyir. Trampın özü isə ittihamları rədd edir. O, ittihamın demokratların onun yenidən ABŞ prezidenti seçilməsinə mane olmaq cəhdi ilə əlaqəli olduğunu iddia edir və həmçinin onun prezidentlik yarışından geri çəkilməsi müqabilində ittihamların ləğv oluna biləcəyini də istisna etmir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->