Maqazin 00:59 17.05.2023

Mehriban Zəki qəzadan sonra ilk dəfə görüntüləndi (FOTO)

Xalq artisti Mehriban Zəki keçirdiyi avtomobil qəzasından sonra ilk dəfə görüntülənib.

Qaynarinfo xəbər verir ki, sənətçi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin olunan Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin teatr kollektivinə təqdim oluma mərasimində iştirak edib. 

Qeyd edək ki, Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.