Ölkə 15:54 08.12.2022

Mərhum Xalq artistinin oğlunun şok görüntüsü yayıldı (VİDEO)

Mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslan iş axtarır.

Qaynarinfo xəbər verir ki, aktyorun səfil həyatı yaşayan oğlunun görüntüləri sosial şəbəkələrdə yayılıb.

O, dəfələrlə məhkumluq həyatı keçirdiyi üçün iş tapa bilmədiyini və kirayə haqqını ödəyə bilmədiyini deyib: "Bir kişi olmalıdır ki, səni önə çəkib, aparsın. Mənim isə belə adamım yoxdur. Ona görə bu vəziyyətdəyəm. Portalı açıb görürlər ki, 11 məhkumluğum var. Ona görə  heç yerə işə götürmürlər. Hazırda iş axtarıram. Canla-başla işləməyə hazıram. İşləyib, pul qazanmaq istəyirəm. Mənə pul  lazımdır ki, qaldığım evin kirayə pulunu ödəyə bilim”.

Həmin görüntüləri təqdim edirik: