Xəbər lenti

Messi özünü axmaq adlandırdı
İdman 16:40 05.12.2023

Messi özünü axmaq adlandırdı

Argentinalı superulduz Lionel Messi özünü tənqid edib.

Qaynarinfo-nun məlumatına görə, ötən il Qətərdə baş tutan dünya çempionatında Niderlandla matçın ikinci hissəsində penaltini qola çevirməklə Argentinanı hesabda 2:1 önə keçirən Messi əlini qulağına apararaq sevincini qeyd etmişdi. Onun bu hərəkəti etməkdə məqsədi matçın hazırlıq mərhələsində onun topsuz məşqini tənqid edən Niderland millisinin baş məşqçisi Lui Van Qala cavab vermək olub.

Argentinalı superulduz ESPN-ə həmin addımı ilə bağlı açıqlamasında, "Məhz orada "Topo Gigio"nu xatırladım (oyunçunun kiməsə meydan oxumaq əlaməti olaraq əllərini qulaqlarının üstünə qoyması hərəkəti) və təbii ki, peşman oldum. Anladım ki, mənim etdiyim son dərəcə axmaq hərəkətdir. Bu axmaqlıq idi, çünki onların hələ də oyunu dəyişmək şansları qalırdı".

Həmin görüşdə ikinci hissənin sonunda Vout Veqhorst hesabı bərabərləşdirdikdən (2:2) sonra qarşılaşma penaltilər seriyasına qədər uzanmışdı. Lakin penaltilər seriyasında Argentina 4:3 hesabı ilə qalib gələrək yarımfinala adlamışdı. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->