Xəbər lenti

Meydana çıxmayan
İdman 13:56 24.10.2023

Meydana çıxmayan "İrəvan"ın cəzası açıqlandı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, iclasın Birinci Liqaya həsr olunan hissəsində aşağıdakı qərarlar qəbul edilib:

"İmişli” – "İrəvan” oyunu qonaq komandanın matça gəlməməsi səbəbindən baş tutmadığına görə "İrəvan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, "İrəvan” klubu 400 manat cərimə edilir (maddə 63.1).

"Qaradağ Lökbatan” – "Zaqatala” oyununun 82-ci dəqiqəsində "Zaqatala” klubunun 20 nömrəli futbolçusu Nicat Oruclu ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Zaqatala” klubu 50 manat cərimə edilir (maddə 36.5).

"Araz Saatlı” – "Difai Ağsu” oyununda "Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37).

"Araz Saatlı” – "Difai Ağsu” oyununun 87-ci dəqiqəsində "Araz Saatlı” klubunun 6 nömrəli futbolçusu Həmzə Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Araz Saatlı” klubu 80 manat cərimə edilir (maddə 41).

"Araz Saatlı” – "Difai Ağsu” oyununun 82-ci dəqiqəsində "Difai Ağsu” klubunun 2 nömrəli futbolçusu Seymur Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Difai Ağsu” klubu 50 manat cərimə edilir (maddə 36.5).

"Karvan” – MOİK oyununda "Karvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Karvan” klubu 70 manat cərimə edilir (maddə 37).

"Karvan” – MOİK oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə MOİK klubu 70 manat cərimə edilir (maddə 37).

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->