"Azərbaycanın bir aydan artıq apardığı Vətən
müharibəsində şirkətin sosial şəbəkələrdə xalqımızla birgə olmasına yanaşma
tamamilə ədalətlidir”.
Qaynarinfo xəbər
verir ki, bunu Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı
"McDonald's"ın Azərbaycan nümayəndəliyi sosial media hesablarında
ordumuza dəstək məqsədi ilə yazdığı postu qısa vaxtdan sonra silməsi və bundan
sonra müştərilərin şirkəti boykot etməsi ilə bağlı çağırışlarından danışarkən
deyib. Onun sözlərinə görə, "McDonald's" şəbəkəsi Azərbaycanda milyonlarla
pul qazanır:
"McDonald's" Azərbaycan
restoranlar şəbəkəsinin instaqram səhifəsində Qarabağ müharibəsi mövzusunda
etdiyi paylaşmalarını sonradan silməsi haqlı olaraq sosial seqmentdə etirazla
qarşılanıb və boykot kampaniyasına stat verilib. Dəyərli soydaşlarımın bu təşəbbüsünə
qoşulur və bütün dostlarımı həmin təşəbbüsü müdafiə etməyə səsləyirəm”.
Bahar Rüstəmli
Şərhlər