Xəbər lenti

Milli Məclis ABŞ-a qarşı bəyanat qəbul etdi  (YENİLƏNİB)
Siyasət 12:20 21.11.2023

Milli Məclis ABŞ-a qarşı bəyanat qəbul etdi  (YENİLƏNİB)

Milli Məclis noyabrın 21-də ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib.

Qaynarinfo xəbər verir ki , Bəyanatı deputat Kamilə Vəliyeva oxuyub.

Bəyanatda deyilir:

"Milli Məclis ABŞ Senatında Azərbaycana qarşı qəbul edilmiş aktı qətiyyətlə rədd edir, bunu iki ölkə arasında münasibətlərə ciddi zərbə kimi qəbul edir. Bu, regionda sülh yaradılması səylərinə ciddi maneçilik törədir. ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın bariz nümunəsidir. Ermənistanın Azərbaycana qarşı işğalının genişləndiyi, Xocalı soyqırımının törədildiyi, azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törədilərkən ABŞ BMT-nin TŞ-nin daimi üzvü kimi Azərbaycana qarşı bu hərəkətlərin qarşısının almasına cəhd etməyib, əksinə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Nəticədə ABŞ-ın Ermənistana verdiyi maliyyə dəstəyi Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana kömək edib.

ABŞ Azərbaycan ərazisində yaradılmış seperatçı rejimi dəstəkləyib. ABŞ-ın vasitəçi kimi bugünkü addımları Azərbaycan əmiyyətində nüfuzunu itirməsi ilə nəticələnib. Amerikanın son illərdə hıəyata keçirdiyi xarici siyasət tamamilə iflasa uğrayıb. Xüsusilə Yaxın Şərq və Əfqanıstan siyasəti. Azərbaycanın Milli Məclisi bird daha bəyan edir ki, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prpinsipi əsasında bütün mənfi addımları qətiyyətlə cavablandıracaq".

 ***
 
Milli Məclisin gündəliyinə dəyişiklik olub.

Qaynarinfo xəbər verir ki, iclasın gündəliyinə daha bir məsələ əlavə olunub. Bununla da müzakirə ediləcək məsələlərin sayı 21-ə çatıb.

Belə ki, Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edəcək.
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->